Bakı-Gəncə sürət qatarı ilin sonuna qədər işə düşəcək
Bu ilin sonuna qədər Bakı-Gəncə sürət qatarının işə salınması nəzərdə tutulub.
“Report” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Bakıda keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində təşkil olunmuş nəqliyyat və yükdaşımalar sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair paneldə bildirib.
“Təxminən, 15 gündən sonra həmin istiqamətdə hərəkət edəcək sürət qatarlarına baxış keçiriləcək”, - o qeyd edib.
Mənbə:> Virtualaz.org