Güclü yağış elektrik şəbəkələrində fəsad yaratdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Güclü yağış elektrik şəbəkələrində fəsad yaratdı

Güclü yağış elektrik şəbəkələrində fəsad yaratdı


Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi Şimal-Qərb və Cənub Regional elektrik şəbəkələrində bəzi fəsadlara səbəb olub.

Bu barədə Oxu.Az-a “Azərişıq”ASC-dən məlumat verilib.

ASC-dən bildirilib ki, elektrik verilişi xətlərində “Azərişığ”ın əməkdaşları qabaqlayıcı tədbirlər görüb:

“Əməkdaşlarımız yaranan qısa fasilələri operativ aradan qaldırıblar. Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində yerləşən 97 saylı yarimstansiya güclü yağışın yaratdığı sel sularına məruz qalıb”.

Qurumdan qeyd edilib ki, Nəsimi və Nərimanov rayonlarının Cavadxan və Hacıbəyli küçələrinin yaşayış massivlərində səhər saatlarında elektrik enerjisinin verilməsində qısa müddətli fasilə yaranıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *