Balıqçının toruna görün nə düşdü – FOTO
Türkiyənin Batman vilayətində balıq ovlayan 71 yaşlı Səid Bozun toruna 1 000 markalıq əskinas düşüb.
ANS PRESS-in məlumatına görə, Dəmirlipınar sakininin torundan balıqlarla yanaşı pul kisəsi də çıxıb.
Səid Boz pul kisəsinin içində köhnə pullarla yanaşı 1910-cu ilə aid, üstündə Almaniya Berlin yazılmış 1 000 markalıq əskinas olduğunu deyib.
“Böyük ehtimalla yağış sularının gətirdiyi pul kisəsinin içindən 1910 Almaniya Berlin yazılmış 1 000 markalıq alman pulunu görəndə təəccübləndim. Bu pul kisəsini o dövrdə bölgəyə gəlmiş alman əsgərləri tərtəfindən gizlədildiyini fikirləşirəm. Bu puldan hazırda istifadə olunmur. Kolleksiyaçılara səslənirəm. 105 il əvvələ aid alman pulu almaq istəyənlərə müvafiq qiymətə sataram”.
Mənbə:> ANSPRESS