Bakının bəzi yollarında rənglənmə işləri aparılır
Sentyabrın 4-ü avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə paytaxtın Heydər Əliyev prospektindən Keşlə-Mərkəzi yolu və Davud Aslan küçəsinə kimi üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) ictimaiyyətlə əlaqələr şöbəsindən bildirildiyinə görə, işlər axşam saatlarına qədər yekunlaşdırılacaq.
Sürücülərdən həmin yolda diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Mənbə:> Virtualaz.org