Yaşamaq üçün Gürcüstana köçmək istəyənlərin işi çətinləşir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Yaşamaq üçün Gürcüstana köçmək istəyənlərin işi çətinləşir

Yaşamaq üçün Gürcüstana köçmək istəyənlərin işi çətinləşir

Gürcüstan parlamentinə ölkədə yaşamaq hüququ olmayan əcnəbilərə yaşam icazəsi verilməsi qaydalarının sərtləşdirilməsi ilə bağlı qanun layihəsi daxil olub.

Bu barədə “İmedi” telekanalı məlumat yayıb.

“Gürcüstan vətəndaşlarına pasportların və şəxsiyyət vəsiqələrinin verilməsi, Gürcüstanda yaşayan Gürcüstan vətəndaşları və əcnəbilərin qeydiyyatı qaydaları haqqında” Qanunun müəllifləri hakim “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasından Qoça Enukidze və İlya Çulaydadır.

“Hələlik bu məsələ ilkin məsləhətləşmələr mərhələsindədir. Müvafiq olaraq, biz məsələni daha dərindən nəzərdən keçirməli və bundan sonra qərar qəbul etməliyik. Əlbəttə, burada balanslaşdırılmış qərar olmalıdır və biz onunla bağlı bütün halları götür-qoy edəcəyik”, - deyə parlament sədri İrakli Kobaxidze bildirib.

Xatırladaq ki, 2017-ci ilin məlumatına görə, Gürcüstanda 83 mindən çox miqrant var, onların əksəriyyəti kişilərdir.

Miqrantların sayına görə ilk yerdə Rusiya vətəndaşları (9,7 min nəfər) gəlir. Növbəti pillələrdə Türkiyə, Azərbaycan, Hindistan və digərləri qərarlaşıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *