Xəstəliklərdən qoruyan 25 təbii üsul
Xəstəliklərdən qorunmaq üçün nə edək?
AzNews.info deyerler.org-a istinadən bildirir ki, mövsümü xəstəliklərdən qorunmaq üçün 25 təbii üsulla tanış olacaqsınız.
Paxlalı bitkilər
Paxlalı bitkilər, çərəz, lobya növləri zəngin bir zülal mənbəyidir.
Yağlı balıq
Xəstə olarkən yağlı balıqlara üstünlük verilməlidir. Çünki Omega 3 baxımından çox zəngindir.
Narıncı qidalar
Kök, balqabaq və şirin kartof kimi, tərəvəzlərin çox ehtiva etdiyi beta karotin maddəsi bədəndə A vitamininə çevrilir.
Göbələk
Göbələk olduqca zəngin bir antioksidant, kalium, B vitamini və lif mənbəyidir.
Ədviyyatlı qidalar
Mədə narahatlıqları səbəbilə çəkinmək tövsiyyə olunsa da, ədviyyatlı yeməklər soyuq dəyməyə müsbət təsir edir.
Qaragilə
Antioksidant baxımından zəngin olan qaragilə beyin funksiyalarının və immunitet sisteminin inkişafına müsbət təsir edir.
Sitrus bitkiləri
Sitrus bitkiləri C vitamini cəhətdən zəngindir və soyuqdəymədə ən yaxşı dostunuz ola bilər.
Sarımsaq
Sarımsaq, antioksidant baxımından olduqca zəngindir. Əgər qoxusuna ya da dadına öyrəşə bilmirsinizsə, sarımsaq ehtiva edən qüvvətləndirici qidalar da istifadə edə bilərsiniz.
Banan, düyü, alma püresi və qızarmış çörək dördlüyündən formalaşan pəhriz.
Kalium baxımından zəngin olan bu pəhriz mədə xəstəliklərinə güclü təsir edir.
Yulaf
Lif cəhətdən zəngin olan yulaf, sizi çox xəstəlikdən qoruyacaq və stressinizin yatmasını təmin edəcək.
İstridyə
Sink cəhətdən zəngin olan istridyə, soyuqdəyməyə güclü təsir edir.
Göyərti
Göyərtilər immunitet sisteminizi gücləndirməklə yanaşı, şəfa üçün ehtiyacınız olan qida dəyərlərinə malikdir.
Duzlu isti su
Duzlu isti su ilə qarqara etmək zərərli bakteriyaları yox edəcək, boğazınızdaki narahatlıqları aradan qaldıracaq.
Yaşıl çay
Çayın bir çox növü sizi soyuqdəymədən qoruyacaq, ancaq yaşıl çay antioksidant baxımından çox zəngin olduğu üçün daha çox təsirə malikdir.
Toyuq suyu şorbası
Amin turşusu növünü ehtiva edən bu şorba sizin xəstələliklərə qarşı müqavimətinizi artırır.
Zəncəfil
Zəncəfil başda mədə və həzm sistemi narahatlıqları olmaqla demək olar ki, bütün xəstəliklərə müsbət təsir edir.
Ekinezya
Çay halında istehlak olunan ekinezya orqanizminizə xəstəliklərlə mübarizədə kömək edir. Çox istehlak olunduqda mədə ağrılarına səbəb ola bilər.
D vitamini
Düşünülənlərin əksinə olaraq, xəstəyə süd məhsullarının istehlakı çox yaxşı təsir edir. İmkan daxilində günəş şüalarından, soyuq qış günlərində isə süd məhsullarından D vitamini ala bilərsiniz.
Şüyüd
Şüyüd öskürəyi azaldır və tənəffüs yolu xəstəliklərinə güclü təsir edir.
Acı şokolad
Kakaonun ehtiva etdiyi antioksidantlarla immunitet sisteminizi gücləndirə bilərsiniz. Şokolad yemək istsəniz 70% kakao sahib olanları seçməyə üstünlük verin.
Cirə
Cirə burun axıntısını və öskürəyi azaltmağa kömək edir.
Bal
Şəkərdən savayı bədəninizə yaxşı təsir edən bal immunitet sisteminizi gücləndirəcək. Boğaz ağrılarınızı da azaldacaq.
Zərdəçal
Təbii bir antibiotik olan zərdəçal mədənizi rahatlaşdıracaq və iştahınızı artıracaq. Yeməklərə qatmaqla və ya isti südə əlavə etməklə istehlak edə bilərsiniz.
Qatıq
Qatıq kimi təbii qidalar bədəninizin yenilənmə müddətində böyük rol oynayır.
Yağsız әt
Bədən müqavimətinizin artması və xəstə olarkən yaxşılaşmanız üçün ən çox ehtiyac duyduğunuz şeylərdən biri də proteindir.
Mənbə:> Deyerler.org