Sabah havanın temperaturu enəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Sabah havanın temperaturu enəcək

Sabah havanın temperaturu enəcək

İyulun 14-də Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Virtualaz.org Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, havanın temperaturunun Abşeron yarımadasında gecə 24-26, gündüz 30-35, Bakıda gecə 24-26, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək.

Departament şimal-qərb küləyinin arabir güclənəcəyi ilə əlaqədar, çimərliklərə üz tutanları ehtiyatlı olmağa çağırır.

Azərbaycanın rayonlarında da hava yağmursuz keçəcək. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

İyulun 14 və 15-də Abşeron yarımadasında temperaturun ötən günlərlə müqayisədə aşağı enməsi, mülayim xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün müsbət amildir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *