Nazirlik: Qızmar havalar davam edəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi sabaha gözlənilən hava şəraiti ilə bağlı meteohəssas insanlara xəbərdarlıq edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyulun 5-i axşamadək Abşeron yarımadasında qızmar temperatur diskomfortunun davam edəcəyi gözlənilir: "Bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə risklidir. Açıq havada uzun müddət qalmaq məsləhət deyil".
Mənbə:> AzNews.info