Sumqayıtda nəqliyyatın təşkilində yaranmış problem aradan qaldırılıb
Sumqayıt şəhərində nəqliyyatın təşkilində yaranmış problem aradan qaldırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Report"un yerli bürosuna Dövlət Avtomobil Nəqliyatı Xidmətinin Sumqayıt regional şöbəsindən bildirilib.
Sumqayıt Avtovağzalında Bakı marşrutu üzrə yaranmış problemin aradan qaldırılması məqsədi ilə sözügedən qrum tərəfindən əlavə olaraq 20 marşurut xəttə buraxılıb.
Elektrik xəttinin olmaması Sumqayıtdan Bakıya işləyən sürət qatarının dayanmasına səbəb olub. Avtovağzalda yaranmış sıxlıq və narazılıq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt regional şöbəsi tərəfindən tam aradan qaldırılıb və vəziyyət tam nəzarətdə saxlanılır.
Mənbə:> Oxu.Az