Hakimiyyət Bakıda 14 yaşlı qızın toyuna müdaxilə etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Hakimiyyət Bakıda 14 yaşlı qızın toyuna müdaxilə etdi

Hakimiyyət Bakıda 14 yaşlı qızın toyuna müdaxilə etdi

Lerik sakini Mirtəmən Sadıqovun Bakıda yetkinlik yaşına çatmamış qızı Leyla Sadıqovanın ərə verilməsi ilə bağlı yaydığı video müraciətə dövlət orqanları tərəfindən reaksiya verilib. Virtualaz.org xəbər verir ki, iyul ayının 1-də “Sahil” şadlıq sarayında keçirilməsi nəzərdə tutulan toy ləğv olunacaq.

Bu barədə virtualaz.org-a Suraxanı Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Anar Hüseynov məlumat verib. Onun sözlərinə görə, gəlin yetkinlik yaşına çatmadığı üçün toyun keçirilməsi qanuna ziddir. Bu barədə şadlıq sarayının rəhbərliyinə məlumat verilib.

“Biz bu gün həmin şadlıq sarayında olduq, toyun sifarişçisinin, yəni Arzuman adlı bəyin nömrəsini götürdük və dəfələrlə ona zəng vurduq. Amma bəy zənglərimizə cavab vermədi və daha sonra telefonu söndürdü. Toyu olacaq qız isə anası ilə Türkan qəsəbəsində yaşayır. Bu qəsəbə bizim ərazimizdə deyil. Xəzər rayonunun ərazisi olduğuna görə həmin rayon İcra Hakimiyyətinin müvafiq şöbəsinə məlumat vermişik. Şadlıq sarayının rəhbərliyi ilə də danışmışıq və onlara ayın 1-nə nəzərdə tutulan toyun keçirilməsinin qanuna zidd olduğunu bildirmişik”.

Hakimiyyət Bakıda 14 yaşlı qızın toyuna müdaxilə etdi


Şadlıq sarayın idarəedicisi Bakir Gülməmmədov isə gəlinin azyaşlı olmasından sonradan xəbər tutduğunu və toyun təxirə salınacağını deyir.

“Həqiqətən iyul ayının 1-də orada toy keçirilməsi üçün sifariş alınıb. Lakin gəlinin yaşı barədə bizə məlumat verilməyib, bu barədə indi xəbər tutduq. Hazırda araşdırma aparılır. Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələri də gəlmişdilər, toy üçün yer sifariş edən şəxsin telefon nömrəsini bizdən götürdülər. Yəqin ki, toyu ləğv edəcəyik və keçirilməsinə imkan verməyəcəyik”, - deyə şadlıq sarayının əməkdaşı bildirir.

Hakimiyyət Bakıda 14 yaşlı qızın toyuna müdaxilə etdi


Xatırladaq ki, ötən gün 14 yaşlı Leyla Sadıqovanın atası Mirtəmən Sadıqov qızının keçmiş həyat yoldaşı Əminə Məmmədova tərəfindən ərə verilməsi ilə bağlı video müraciət yaymışdı. Prezidentə, dövlət orqanlarına müraciət edən ata toyun baş tutmasına mane olmaq üçün köməklik istəmişdi. Virtualaz.org həmin müraciəti araşdırıb, azyaşlının ərə verilməsi cəhdinə müvafiq dövlət orqanlarının, ictimai birliklərin müdaxilə etməli olduğu haqda yazıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *