DİQQƏT: Qarpızda bu cür çatlar varsa - Onu YEMƏYİN!
Qarpızı kəsən zaman içində yaranan çatların nə anlama gəldiyini bilirsiniz? Təhlükəyə səbəb olacaq bu çatlar haqqında videomuzda məlumat alacaqsınız.
Metbuat.az-ın məlumatına görə, qarpızın içindəki çatların yaranmasına səbəb “forchlorfenuron” adlı hormondur. Deyilənə görə, bu hormon insan orqanizmi üçün olduqca zərərlidir. Mütəxəssislərin açıqlmasına görə, bu maddə insanda xərçəng xəstəliyinin yaranmasına səbəb olmaqla yanaşı, beyin sağlamlığına da zərər verrir.
Bu hormon daha çox içərisində çatlar olan qarpızda görünür. Mütəxəssislər bununla bağlı insanlara xəbərdarlıq edirlər. Bildirilir ki, əgər qarpızın dadı pis və aromasızdırsa, deməli həmin qarpızda “forchlorfenuron” adlı hormon var. Qarpızda sözügedən maddənin olub-olmadığının digər bir göstəricisi olunun sululuq dəyəri ilə bağlıdır. Tərkibində kifayət qədər su olmayan qarpızlarda “forchlorfenuron” hormonu ola bilər. Bu səbəblə, qarpız yeyən zaman diqqətli olmağınızda fayda var.
Mənbə:> Metbuat.az