Ad günündə qadının başına televizor düşüb
Rusiyadakı gecə klubların birində ad gününü qeyd edən qadın bədbəxt hadisə qurbanı olub. Onun başına televizor düşüb.
Oxu.Az Lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə yerli telekanal məlumat yayıb.
Şahidlərin sözlərinə görə, qadının başına televizoru saxlayan qurğu düşüb. Hadisə zamanı o, kəllə-beyin travması alıb və yerindəcə keçinib. O, klubda 36 yaşını qeyd edirmiş.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Mənbə:> Oxu.Az