Canlı yayımda müğənnini biabır etdilər – VİDEO
Prodüser Tarix Əliyev müğənni Sevda Sonalıyeva haqqında qalmaqallı açıqlamalar verib.
Minval.info-nun xəbərinə görə, Tolik “Hər şey daxil” verilişində bildirib ki, sənətçi dayəsinin zəhmət haqqını vermir.
“Bir xanım mənə zəng vurub şikayətini bildirdi. Deyir ki, Sevda xanım efirlərdə dayələrdən şikayətini dilə gətirir. Mən onun evində dayə işləmişəm, amma mənim pulumu vermir. Öz uşaqlarımından ayrılıb onun övladına baxmışam. Ailəm imkansızdır, xəstə anama baxıram” – Tarix bildirib.
Haqqında bəhs edilən şikayətçi Günel xanım canlı yayım bağlanaraq deyilənləri təsdiq edib. O, 10 günə yaxın S.Sonalıyevanın evindən çalışdığını söyləyib. Günel xanım sənətçinin nömrəsini itirdiyindən onun “İnstagram” profilinə mesaj yazıb, lakin şikayətçiyə heç bir cavab verilməyib. Hətta dayə bununla bağlı Tarix Əliyevə müraciət edəcəyini desə də, o, buna məhəl qoymayıb.
Verilişin qonaqlarından biri müğənni Nadir Qafarzadə bildirib ki, həmkarının dayəyə olan borcunu özü ödəyəcək.
Mənbə:> Minval.İnfo