Vasif Talıbov xidmət rəisini işdən çıxardı

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi vəzifəsindən azad edilib.
Virtualaz.org-un məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov mayın 25-də bununla bağlı müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən Əbil Əbilov Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi vəzifəsindən azad edilib.
Mənbə: Virtualaz.org