Səxavət Hacıyevin acınacaqlı sonu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Səxavət Hacıyevin acınacaqlı sonu MİNLƏRLƏ ADAMI ZƏHƏRLƏDİ, ÖZÜ İSRAİLDƏ ÖLDÜ

Səxavət Hacıyevin acınacaqlı sonu

Rusiyanın Leninqrad vilayətində on minlərlə butulka saxta araq düzəldib satış şəbəkələrinə paylayan Azərbaycan vətəndaşı məhkəmədən yayınmaq üçün qaçdığı ölkədə-İsraildə müəmmalı şəkildə ölüb.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, 40 yaşlı Səxavət Tofiq oğlu Hacıyevin İsraildə öldüyü barədə hüquq-mühafizə orqanlarına mayın 22-də məlumat daxil olub. Məlumata görə o, ötən il oktyabrın 26-da ölüb.

Səxavət Hacıyevin acınacaqlı sonu


Səxavət Hacıyevin barəsində 2015-ci ildə alkaqollu içkilərin saxtalaşdırılmasına görə bir neçə maddə ilə cinayət işi qaldırılıb, barəsində 2016-cı ildə axtarış elan olunub. İstintaq materiallarına əsasən Hacıyev 2015-ci ildə Vsevolojsk rayonunda digər şəxslərdən qanunsuz yollarla saxta araq istehsal etmək üçün xammal və digər zəruri materiallar əldə edib. Xüsusi dəzgahlar quraşdırılmış sexdə “Talka”, “Parlament”, “Pyat Ozer”, “Xortitsiya” və “Zelyonaya marka” markaları altında saxta araq hazırlayıb. Hacıyev bu işə Özbəkistan və Azərbaycan vətəndaşlarını da cəlb edib.

İstintaq zamanı Hacıyevin sexindən 35 min butulka saxta araq aşkar olunub.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *