Rusiya helikopterləri Azərbaycanda təmir olundu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Rusiya helikopterləri Azərbaycanda təmir olundu

Rusiya helikopterləri Azərbaycanda təmir olundu

“Silk Way Helicopter Services” şirkəti yanında Helikopterlərin Əsaslı Təmiri üzrə Servis Mərkəzi ilk dəfə olaraq Mi-8AMT/MTV tipli helikopterlərin əsaslı təmirini həyata keçirib.

Virtualaz.org xatırladır ki, Azərbaycanda belə mərkəzin yaradılması haqqında qərar 2016-cı ildə Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (“Azerbaijan International Defence Exhibition” – ADEX) zamanı verilib.

Mərkəzin fəaliyyətinin birinci mərhələsi olaraq 6 noyabr 2017-ci il tarixindən etibarən “SWHS” aviaşirkətinin baza aeroportu olan Zabrat Hava Limanında Rusiya istehsalı olan Mi-8AMT/MTV helikopterlərinin əsaslı təmirinə başlanılıb. Təmir işləri Rusiyanın “356” saylı aviatəmir zavodunun (Engels şəhəri) mütəxəssisləri ilə birgə, habelə nəzarəti altında aparılıb.

Mi-8AMT/MTV vertolyotların təmiri “Silk Way Helicopter Services” MMC-nin mütəxəssisləri ilə birgə yüksək peşəkarlıqla həyata keçirilib.

Təmir Aviatəmir zavodunun təlimatına əsasən aparılıb və sökülmüş əsas aqreqatlar təmir olunması üçün 356 saylı zavoda göndərilib (Gələcəkdə bu avadanlıqların təmir edilməsi helikopterlərin əsaslı təmirinin tərkib hissəsi kimi Bakı şəhərində nəzərdə tutulub). Həmçinin helikopterin füzelyajı və elekto juqutlar defektasiya edildikdən sonra təmir edilib.

Hava gəmisinin təmiri zamanı istifadə olunan alətlər, xüsusi aqreqatlar, YSM və s. kimi məsrəf materiallar tam şəkildə “Silk Way Helicopter Services” tərəfindən təchiz edilib.

Belə bir mərkəzin yaradılması Azərbaycanın aviasiya sahəsinin yeni inkişaf mərhələsidir. Bu, təkcə yerli məqsədlə deyil, eyni zamanda, aviasiya bazarının xarici iştirakçılarını cəlb etmək üçün aviasiya texnikası təmirinin sonrakı mənimsənilməsinə təkan verir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *