İranda 721 nəfər göbələkdən zəhərləndi
İranın Kermanşah, Kürdüstan, Lurestan, Zencan, Qərbi Azərbaycan və Qəzvin əyalətlərində 721 nəfər göbələkdən zəhərlənib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, zəhərlənənlərdən 9-u ölüb, 50 nəfər ağır vəziyyətdədir.
Qəza xidmətinin nümayəndəsi Moctəbu Xaledi bildirib ki, onlardan bəzilərinə təcili qaraciyər köçürülməsi tələb olunur.
Yasudja Tibb Elmləri Universiteti bildirir ki, göbələklərin xarici görünüşü və dadı yeməli göbələklərdən fərqlənmir. Onların zəhərli olduğunu yalnız laborator eksperimentlər nəticəsində müəyyən etmək mümkündür.
Mənbə:> Virtualaz.org