Qazaxdakı XX əsrə aid yaşayış evi tarix və mədəniyyət abidələri siyahısından çıxarılıb
Nazirlər Kabineti "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” 2001-ci il 2 avqust tarixli qərara dəyişiklik edib.
"Ölkə.Az" xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən Qazax şəhəri, Ş.Çobanov küçəsindəki XX əsrə aid yaşayış evi "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"ndan çıxarılıb. Mədəniyyət Nazirliyinə əlaqədar təşkilatlarla birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Mənbə:> Ölkə.Az