Telman İsmayılov Moskvadakı daha bir iri ticarət mərkəzini itirdi
Moskvanın İzmaylov şosesində yerləşən 20,9 min kv.metr sahəsi olan ticarət mərkəzi mayın 3-də keçirilən hərracda “Avanqard” bankına satılıb.
Bu barədə RBK məlumat yayıb.
Agentliyin məlumatına görə, ticarət mərkəzi əvvəllər azərbaycanlı iş adamı Telman İsmayılova məxsus olub.
Alqı-satqı 1,55 milyard rubla baş tutub. Bina, içində olan inventarla birgə bankın mülkiyyətinə keçib.
Hərraca çıxarılana qədər ticarət mərkəzi Telman İsmayılov və ailəsinin AST şirkətlər qrupuna daxil olan “Ruslayn 2000” şirkətinin balansında olub.
Virtualaz.org xatırladır ki, azı 2 sifarişli qətldə, mütəşəkkil cinayətkar qruplaşma yaratmaqda və digər ağır cinayətlərdə ittiham olunaraq barəsində qiyabi həbs qətimkan tədbiri seçilən, beynəlxalq axtarışa verilən oliqarx-milyarder Telman İsmayılov ailəsi ilə birlikdə Antalyadakı “Mardan Palace” mehmanxana kompleksinin ərazisində yerləşən malikanədə yaşayırdı. Lakin Rusiyaya təhvil verilməkdən ehtiyatlanaraq, onlar bu ölkəni tərk ediblər.
Hazırda Telman İsmayılovun Monteneqroda yaşadığı bildirilir. Rusiya KİV-in yazdığına görə, qaçqın oliqarx bu ölkənin hakim dairələri ilə deportasiya edilməyəcəyi ilə bağlı razılığa gəlib.
Mənbə:> Virtualaz.org