Ermənistanda qızıl mədəninin və tikiş fabrikinin işçiləri tətilə qoşuldular
Ermənistanda Amusara qızıl mədənində tikinti işləri aparan fəhlələr tətil elan edərək aksiya iştirakçılarına qoşulublar. Ermənistan KİV-ləri xəbər verir ki, məlumatı “Erməni Ekoloji Cəbhəsi” yayıb.
Onların Yerevana doğru getdikləri bildirilir.
Eyni zamanda Lori vilayətinin Vanadzor şəhərində də “Qloriya” tikiş fabrikinin 3 min işçisi etiraz aksiyasına qoşulub. Onlar Lori vilayətindən deputat seçilmiş Respublikaçılar Partiyasının parlamentdəki fraksiyasının başçısı Vaqram Baqdasaryanın istefasını tələb ediblər: “Vaqram, çıx get!”.
Qeyd edək ki, Yerevanda və başqa şəhərlərdə etiraz aksiyası davam edir. İrana gedən Yerevan-Yexiqnadzor avtomobil yolu bağlanıb. Avtomobillər Gürcüstandan Ermənistan ərazisinə daxil ola bilmir.
Mənbə:> Virtualaz.org