“Qaçqınkom”un yeni sədri mənzilləri düzgün böləcəyinə söz verdi
“Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemləri, onların həlli hər zaman Cənab Prezidentin diqqət mərkəzində olub. Mən də bu məsuliyyətli işdə əlimdən gələni edəcəyəm ki, Prezidentin etimadını doğruldum”.
Virtualaz.org bildirir ki, bunları yerli KİV-ə açıqlamasında Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yeni sədri Rövşən Rzayev deyib.
Köçkünlər üçün inşa olunan mənzillərin bölgüsündəki neqativ hallarla bağlı da məsələyə aydınlıq gətirən yeni sədr bildirib ki, artıq bu problemlər keçmişdə qalmış hesab edilə bilər: “Hesab edin ki, artıq bu məsələlər öz həllini tapıb. Qısa zamanda bunun şahidi olacaqsınız”.
Mənbə:> Virtualaz.org