Siqaretlə bağlı daha bir QADAĞA
Bakı Metropolitenində siqaret çəkilməsinə dair qadağanın əhatə dairəsi genişləndirilib.
Cahanpress-in məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Bakı Metropolitenindən istifadə Qaydaları”nda dəyişiklik edib.
Qaydaya əsasən indiyə qədər Bakı Metropoliteni stansiyalarında, keçidlərində və vaqonlarda siqaret çəkmək qadağan edilib. Dəyişikliyə əsasən artıq stansiyaların vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda tütün çəkmək qadağandır.
Mənbə:> Cahanpress.az