FHN Bakıda tikilməkdə olan yaşayış binasındakı yanğın haqda » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Video

FHN Bakıda tikilməkdə olan yaşayış binasındakı yanğın haqda – VİDEO

FHN Bakıda tikilməkdə olan yaşayış binasındakı yanğın haqda

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda tikilməkdə olan yaşayış binasında baş vermiş yanğınla bağlı məlumat yayıb.

Virtualaz.org FHN-in saytına istinadən bildirir ki, yanğın Bakı şəhəri, Binəqədi rayonunda tikintisi başa çatmamış, hər mərtəbəsi 800 m² olan 12 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində baş verib. Nəticədə mərtəbədə quraşdırılmış taxta qəliblər 480 m² sahədə yanıb. Taxta qəliblərin qalan hissəsi yanğından mühafizə olunub.

Alovun qarşısı yanğınsöndürənlər tərəfindən alınıb.

***20:16

Fövqəladə Hallar Nazirliyi Bakıda tikilməkdə olan çoxmərtəbəli binada baş vermiş yanğınla bağlı məlumat yayıb.

Virtualaz.org-un məlumatına görə, bildirilir ki, yanğın binanın yuxarı mərtəbəsində baş verib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir.

Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

***20:02

Paytaxtda tikilməkdə olan çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, yanğın Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində binanın yuxarı mərtəbəsində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.


Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *