Sabah “ASAN xidmət” mərkəzləri işləməyəcək
Prezidenti seçkiləri ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində aprelin 11-də qeyri-iş günü olacaq.
Bu barədə virtualaz.org-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.
Qeyd edək ki, vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət edərək yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlana bilərlər.
Aprelin 12-dən etibarən isə mərkəzlərdə bütün xidmətlər göstəriləcək.
Mənbə:> Virtualaz.org