Eyni vaxtda 4 böyük universitetə qəbul oldu – Azərbaycanda İLK » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil

Eyni vaxtda 4 böyük universitetə qəbul oldu – Azərbaycanda İLK

Eyni vaxtda 4 böyük universitetə qəbul oldu – Azərbaycanda İLK


Azərbaycanda bir ilk yaşanıb. 11-ci sinif şagirdi dünyada məhşur olan 4 universitetə eyni anda qəbul olub. Onun əsas məqsədi isə xaricdə təhsil alıb azərbaycanda iqtisatçı kimi işləməkdir. Həmin istedadlı gənci siz də tanıyın.

11-ci sinifdə oxuyur, amma dünyanın 4 nüfuzlu universitetinə qəbul olub.

Milli.Az bildirir ki, söhbət Bakıda yerləşən 93 saylı tam orta məktəbin XI sinif şagirdi İlkin Bayramlıdan gedir. Onun sözlərinə görə, 2 il bundan öncə ingilis dilini öyrənməyə başlayıb və dünyanın ən nüfuzlu universitetlərindən birində təhsil almağı qarşısına məqsəd qoyub.Məqsədinə çatmaq üçün isə bir neçə imtahan verib.Çəkdiyi əziyyətin bəhrəsi isə uğurla nəticələnib.

İlkin Bayramlı bu il imtahanalarda qəbul faizi 4,59 faiz olan Harvard Universitetinin bakalavriat səviyyəsində təhsil almaq şansı qazanan yeganə azərbaycanlıdır.Bununla yanaşı,o, bir neçə universitetdə də təhsil almaq imkanı qazanıb.

İstedadlı gənc deyir ki, əsas məqsədi xaricdə təhsil alıb Azərbaycana yüksək səviyyəli iqtisadçı kimi qayıdıb öz ölkəsinə töhfə verməkdir.

Qeyd edək ki, İlkin Bayramlı məktəblərarası fənn olimpiadalarında iştirak etməklə yanaşı, həm də ABŞ-da Yale Universitetinin təşkil etdiyi “Yale Young Global Scholars” proqramına da qəbul olub.

Mənbə: Bizimyol.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *