Azərbaycandakı dönərxanalarla bağlı şok açıqlama - “Ölmüş insan əti vururlar” » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azərbaycandakı dönərxanalarla bağlı şok açıqlama - “Ölmüş insan əti vururlar”

Azərbaycandakı dönərxanalarla bağlı şok açıqlama - “Ölmüş insan əti vururlar”


"Azad İstehlakçılar Birliyi tezliklə bütün dönər hazırlayan restoran, kafe və obyektlərdə yoxlamalara başlayacaq. Təkcə Bakıda 15 000 dönərxana var. Lakin rəsmi sertifikat yalnız 2 şirkətə məxsusdur. Bu şirkətlərin isə 60 obyekti var. Digər dönərxanalarda istifadə olunan ətin içində mənşəyi məlum olmayan ət, at, eşşək əti, hətta ölü insan ətinin olması da istisna deyil. Bu bazara heç bir ciddi nəzarət yoxdur, yoxlamalar aparılmır”.

Azxeber.com yerli KİV-ə istinadən xəbər verir ki, bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

O, sertifakatı olan 2 şirkətin adını da açıqlayıb: "Azprotein Foods Group” və "Səhliyalı”.

"2014-cü ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu fast növünün hazırlanması və istehlakı standartlarını təsdiq edib, lakin qurumun ölkədə bu standratlara əməl olunub-olunmamasını yoxlaması haqqında məlumat yoxdur”.

Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib ki, 2017-ci ildə Dövlət Qida Təhlükəsizliyi Agentliyi təsis olunduqdan sonra dönər satışına nəzarət bu quruma verilib. Bundan sonra nəzarətlə onlar məşğul olacaq.

Qida Təhlükəsizliyi Agentliyinin mövzu barədə mövqeyini öyrənmək isə mümkün olmayıb.

Mənbə: Azxeber.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *