Təhlükəli külək Xəzərdə belə müşahidə edildi – VİDEO
Xəbər verdiyimiz kimi, açıq dənizdə hava şəraiti martın 30-dan başlayaraq kəskin pisləşib. Bu vəziyyətin martın 31-i günün ikinci yarısına qədər davam edəcəyi gözlənilir. Hava şəraiti ilə bağlı Azərbaycan Respublikasının Limanlarına gəmilərin giriş-çıxışına qadağa qoyulub. Təhlükəli hava şəraitini nəzərə alaraq dənizdə olan bütün gəmilər xüsusi sığınacaqlara (lövbər rayonları) yerləşdirilib və operatorlar tərəfindən daimi nəzarət həyata keçirilir.
"Qafqazinfo”nun məlumatına görə, artıq sosial şəbəkələrdə Xəzər dənizində hazırki vəziyyətlə bağlı dəhşətli görüntülər yayılıb.
Bu məqamda qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti dənizdə dalğanın hündürlüyünün 6.5 metrə çatdığına dair açıqlama yayıb.
Post by aznews.info.
Mənbə:> Qaynarinfo.az