Bakı səmasındakı toz-duman nə vaxt çəkiləcək? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bakı səmasındakı toz-duman nə vaxt çəkiləcək?

Bakı səmasındakı toz-duman nə vaxt çəkiləcək?

Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanının miqdarının sanitar normadan artıq olması səbəbi açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) virtualaz.org-a verilən məlumata görə, Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin 29 mart 2018-ci il tarixində səhər saatlarında apardığı monitorinqlərin nəticələrinə əsasən, Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanının miqdarının sanitar normadan artıq olduğu müəyyənləşib.

Buna səbəb ölkə ərazisinə Ərəbistan yarımadasından atmosfer axınları ilə zəif toz dumanının daxil olmasıdır.

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, 30 mart 2018-ci il tarixində ölkə ərazisinə daxil olan şimal-qərb küləyi ilə əlaqədar olaraq Bakı və Abşeron yarımadasında günorta saatlarından etibarən havada tozun miqdarının azalacağı, sanitar norma daxilində olacağı proqnozlaşdırılır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *