Yer kürəsi nəhəng asteroid təhlükəsi ilə üzləşib
50 milyard tonluq asteroid Yer kürəsinə yaxınlaşmağa başlayıb.
Oxu.Az Rusiya KİV-nə istinad edərək bilidirir ki, nəhəng kosmik obyektin maksimal diametri 5.4 kilometrdir.
Alimlərin məlumatına görə, Tautatis (4179) (asteroidi belə adlandırıblar) – Yer kürəsinə tez-tez yaxınlaşan səmavi cisimlər qrupuna aiddir. Asteroidin qeyri-adi formasını izah etməyə çalışan mütəxəssislər belə nəticəyə gəliblər ki, əvvəllər o iki hissədən ibarət olub, sonra isə müəyyən olunmamış səbəblərdən birləşib.
Düzgün olmayan forması səbəbiylə asteroidin dəqiq orbitasını hesablamaq mümkün deyil, bu isə o deməkdir ki, o, potensial təhlükə yaradır.
Yer kürəsi ilə toqquşması nəticəsində yerdə nüvə qışı yaranacaq, amma yer əhalisinin sağ qalmaq şansı olacaq.
Mənbə:> Oxu.Az