Lənkəran və Astarada meşələr yanır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Lənkəran və Astarada meşələr yanır – YENİLƏNİB

Lənkəran və Astarada meşələr yanır


Lənkəran və Astara rayonları ərazisində gecə saat 03:00 radələrində başlayan yanğın söndürülüb.

AzNews.info APA-ya istinadla xəbər verir ki, ərazi yüksək dağ massivində, çətin relyefdə yerləşməsi və havanın küləkli olması səbəbindən yanğının qarşısı səhər saatlarında alınıb.

Səhər saatlarında yağış yağması və küləyin azalması yanğının söndürülməsinə əlverişli zəmin yaradıb.

Yanğının Hirkan Milli Parkının ərazisinə keçməsinin də qarşısı alınıb. Hazırda ərazi nəzarət götürülüb.

11.19

Martın 24-də axşam saatlarında Lerik rayonunun Vov, Vənədi kəndləri, Astara rayonunun Pəlikəş, Çükəş, Dolu kəndləri və Lənkəran rayonunun Biləsər kəndi yaxınlığında dağlıq ərazidəki meşə zolaqlarında yanğın başlayıb.

AzNews.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, ərazi yüksək dağ massivində və çətin relyefdə yerləşdiyindən, eləcə də havanın küləkli olması yanğınların söndürülməsinə çətinliklər yaradıb.

Yanğınların söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin qüvvələri və yerli əhali cəlb edilib.

Səhər saatlarından külək zəifləyib, yağış yağmağa başlayıb.

Əlavə məlumat veriləcək.​

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *