Pensiyaların veriləcəyi tarix bəlli oldu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Pensiyaların veriləcəyi tarix bəlli oldu – YENİLƏNİB

Pensiyaların veriləcəyi tarix bəlli oldu

Əmək pensiyaçılarının sosial müdafiəsinə və onların maraqlarının təminatına yönələn növbəti tədbir kimi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən mart ayı üzrə bütün pensiyaların maliyyələşdirilməsi Novruz bayramına kimi başa çatdırılacaq.

Bunu virtualaz.org-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

O bildirib ki, Novruz bayramı ilə əlaqədar mart ayının pensiyalarının nəzərdə tutulan qrafikdən daha əvvəl olmaqla, bayrama qədər ödənişinin həyata keçirilməsi üçün aidiyyəti işlər aparılır.

Sabahdan etibarən Bakı şəhəri üzrə pensiyaların maliyyələşməsinə başlanılacaq, növbəti günlərdə isə mərhələli şəkildə ölkənin digər əraziləri üzrə pensiyalar ödəniləcək.

Tələb olunan vəsait Fondun mərkəzi xəzinə hesabından müəyyən olunmuş qrafikdən əvvəl yerli orqanların hesablarına köçürülməklə, Novruz bayramına qədər bütün ölkə üzrə pensiyaların maliyyələşdirilməsinin yekunlaşdırılması nəzərdə tutulur.

Şöbə müdiri vurğulayıb ki, son bir ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2016-cı ilə nisbətən 7 faizə yaxın, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 8,72 faiz artıb. Həmin daxilolmalarda artım cari ildə davam edib.

Bu artım dinamikasının, habelə Maliyyə Nazirliyinin dəstəyinin nəticəsi kimi bütün ölkə üzrə mart ayının pensiyalarının bayrama qədər maliyyələşdirilməsinə imkan yaranıb.

***14:30

Mart ayı üzrə əmək pensiyalar hələ hesablara köçürülməyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - "Çağrı" mərkəzindən (ƏƏSMN) bildirilib ki, bu günə olan məlumata görə əmək pensiyalar hesablara köçürülməyib: "Amma bu həftə ərzində pensiyalar hesablara köçürüləcək".

Qeyd edək ki, hazırda Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 mln. 318 min 434 nəfər təşkil edir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *