Altay M. həkim otağında əl-üzünü yuyur və... tibb bacısına yumruq zərbələri endirir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Altay M. həkim otağında əl-üzünü yuyur və... tibb bacısına yumruq zərbələri endirir

Altay M. həkim otağında əl-üzünü yuyur və... tibb bacısına yumruq zərbələri endirir

Rusiyanın Sankt-Peterburq şəhərində xəstəxanalardan birində azərbaycanlı pasiyent həkim otağına girib əl-üzünü yuduğu üçün ona irad bildirən tibb bacısını döyüb. Hadisə zamanı ağır dərəcəli xəsarət alan tibb işcisi neyrocərrahiyyə xəstəxanasına yerləşdirilib, onun döyülməsində şübhəli bilinən azərbaycanlı hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən saxlanılıb.

Virtualaz.org saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, 45 yaşlı azərbaycanlı, həmyaşıdı, xəstəxanada tibb bacısı işləyən Svetlana P.-nın iş otağında ona hücum çəkib.

Hadisə martın 10-da gecə saatlarında baş verib. Tibbi yardım üçün xəstəxanaya çatdırılan Altay M. həkimlər üçün nəzərdə tutulan otağa daxil olan kimi kranı açıb əl-üzünü yumağa başlayıb. Tibb bacısı Svetlana buna görə xəstəyə öz iradını bildirib, otaqda qoyulan əl-üz yuyanın yalnız xəstəxana işçiləri üçün nəzərdə tutulduğunu deyib.

Bu irada cavab olaarq Altay M. tibb bacısına hücum çəkərək onu yumruqla vurub, zərbənin təsirindən qadın müvazinətini saxlaya bilməyib yerə yıxılıb, başı şüşəyə çırpılıb.

Yaralını neyrocərrahiyyə şöbəsinə yerləşdiriblər. Ona beyin silkələnməsi və ağır dərəcəli kəllə beyin travması diaqnozu qoyulub.

Svetlananı döyməkdə təqsirləndirilən Altay M.qarşı cinayət işi açılıb, hazırda istintaq hərəkətləri davam etdirilir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *