DİN-den Dyp reisi haqda ittihamlara reaksiya
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilir ki, bəzixəbər saytlarında Bərdə Rayon Polis Şöbəsinin Dövlət Yol PolisBölməsinin rəisi, polis mayoru Anar Cəlilov və bölmənin əməkdaşlarıhaqda yazılanlar həqiqəti əks etdirmir.Yazıda adının açıqlanmasını istəməyən şəxs əslində, etiraf edir ki, birmüddət əvvəl DYP əməkdaşları tərəfindən avtomobili sərxoş idarəedərkən saxlanılıb. Saxlanılan avtomobil cərimə meydançasına gətirilib,sürücünün sərxoş olması barədə rəy verilib və inzibati qaydadaməsuliyyətə cəlb olunub.Qanuna əsasən bu cür inzibati cərimələr sürücülərin sərxoş şəkildəavtomobil idarəetməsinin qarşısının alınması, yollarda təhlükəsizliyintəmin edilməsi üçün nəzərdə tutulur. Lakin bundan sonra həmin şəxslərpolisin qanuni işini görməsi ilə bağlı əsassız iddialar irəli sürüb. YazıdaDYP əməkdaşları tərəfindən sürücülərin yeri gəldi-gəlmədisaxlanılması, sənədlərin əlindən alınması və sair kimi iddiaların əsassızolduğu aşkar görünür və tamamilə həqiqətdən uzaqdır.
Mənbə:> Anaxeber.az