Dövlət qulluğu üçün daha 334 vakant yerə müsabiqə elan edildi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Dövlət qulluğu üçün daha 334 vakant yerə müsabiqə elan edildi

Dövlət qulluğu üçün daha 334 vakant yerə müsabiqə elan edildi


Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanlarında, ümumilikdə 27 dövlət orqanında inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan 334 vakant icraçı vəzifələri üzrə (BA və BB vəzifə qrupları üzrə) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edib.

DİM-dən Day.Az-a verilən məlumata görə, müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat aprelin 7-dək davam edəcək.

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizəd "Dövlət qulluğu üzrə müraciət Forması" vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və aprelin 7-dək DİM-in portalı vasitəsilə müsahibədə iştirak üçün müraciət etməlidir.

Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Vakansiyalar Prezidenti yanında Ali Attestasiya Komissiyası, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər nazirllikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Əmlak Məsələləri Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, Milli Televiziya və Radio Şurası, Gəncə Apellyasiya Məhkəməsi, Şəki Apellyasiya Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsi və s. məhkəmələr tərəfindən tərəfindən təqdim edilib.

Mənbə: DAY.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *