Los-Anceles polisi ermənini güllələdi
Los-Ancelesdə erməni əsilli vətəndaş öldürülüb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Los-Ancelesin polis rəisi Çali Bek məlumat verib.
Onun sözlərinə görə, öldürülən şəxs 22 yaşlı Panorama-Siti sakini Orbel Nazaryandır.
Bazar ertəsi Nazaryan polisə zəng vuraraq onda tapança və bıçağın olduğunu bildirib. Hadisə yerinə gələn polis əməkdaşları Nazaryanın əlində kəsici alət olduğunu görüblər.
Erməni polisin əmrinə tabe olmaqdan imtina edib və hüquq-mühafizə orqanlarının əməkdaşlarının həyatına təhlükə yaradıb.
Bekin sözlərinə əsasən, polislər insidenti videoya çəkiblər.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Virtualaz.org