Bloqer Tural Sadıqlının atası azadlıqda
Bloqer Tural Sadıqlının dünən saxlanılan atası Əlövsət Sadıqlı azadlığa buraxılıb.
Virtualaz.org bildirir ki, bu barədə “Feysbuk” sosial şəbəkəsindəki səhifəsində bloqer özü yazıb.
Ə.Sadıqlının saxlanılmasının səbəbləri hələ məlum deyil.
Xatırladaq ki, Tural Sadıqlı Azərbaycandan Almaniyaya mühacirət edib. O, sosial şəbəkələrdəki səhifələrində Azərbaycan iqtidarını tənqid edir.
Mənbə:> Virtualaz.org