Keçmiş millət vəkilinə qarşı ağır ittiham: "Torpağımızı zəbt edib" – FOTO
Oxucularımızdan Beyləqan rayonu Əlinəzərli kənd sakini Əliyev Ruhid Məhəmməd oğlu, AzNews.info-nun redaksiyasına müraciət edərək Beyləqan rayonundan keçmiş millət vəkili olan Ayaz Orucovun vəzifəsindən sui istifadə etdiyini bildirir.
Beyləqan rayon sakininin şikayət ərizəsini olduğu kimi təqdim edirik:
"Sizə yazaraq bildirirəm ki,Beyləqan rayonundan keçmiş millət vəkili olan Ayaz Orucov vəzifə səlahiyyətindən sui istifadə edərək bizim ailəyə məxsus Beyləqan rayonunun mərkəzində qanuni sənədləri olan 20 sot torpağımızı qanunsuz olaraq zəbt edərək məcbur əlimizdən almışdır.Hakimiyyətin ona olan etimadından istifadə edərək başqalarının malını,mülkünü qanunsuz zəbt edib özününkiləşdirən Ayaz Orucov və onun tərəfdarları barəsində heç bir tədbir görülməmişdir.Bu barədə müvafiq hüquq mühafizə orqanlarına şikayət etsəkdə Ayaz Orucovun yüksək vəzifəli dostlarının hesabına şikayətimiz baxılmamış saxlanılıb. Məlumatınız üçün nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ, qanunla qorunur.Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Cinayət məcəlləsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama torpaq sahəsini başqa üsullarla özbaşına tutma iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti işlərini aparma üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Buna baxmayaraq hələdə Ayaz Orucov və onun tərəfdarları barədə cinayət işi açılmamış və cinayət məsuliyyətinə cəlb olunmamışlar."
Şikayət ərizəsi ilə müraciət edən Əliyev Ruhid Məhəmməd oğlu aidiyyatı orqanlardan bu məsələyə münasibət bildirməsini və ona məxsus mülkün geri qaytarılmasında yardımçı olmalarını istəyir.
AzNews.info olaraq, qarşı tərəfin də məsələyə münasibətini yayımlamağa hazırıq.
Mənbə:> AzNews.info