14 yaşı tamam olmayan şəxslərə dərman satışı qadağan edildi
Bu gün keçirilən plenar iclasda “Dərman vasitələri haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Oxu.Az xəbər verir ki, qanuna təklif edilən 13.3-1 bəndinə görə (Əhaliyə dərman vasitələrinin buraxılması), ölkədə 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin buraxılması qadağan edilir.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Mənbə:> Oxu.Az