Kiyevdən 20 məmur Hacıbala Abutalıbovdan öyrənməyə gəlir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı

Kiyevdən 20 məmur Hacıbala Abutalıbovdan öyrənməyə gəlir – BELƏ DƏ OLUR

Kiyevdən 20 məmur Hacıbala Abutalıbovdan öyrənməyə gəlir

Kiyev şəhər administrasiyasının iyirmi məmuru şəhərdən zibilin yığılması və daşınması təcrübəsini öyrənmək üçün Azərbaycana ezam ediləcək. Virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, ezamiyyətin məqsədi Bakıda çoxmənzilli binaların və onların həyətyanı sahələrinin saxlanılması üzrə müəssisələrin iş təcfrübəsini, bərk məişət tullantıları ilə işi, elektrik enerjisinə qənaət edilməsini və mənzillərin təmirinə dair təcrübəni öyrənməkdir.

Belə ki, fevralın 1-dən 4-nə qədər Kiyev şəhər dövlət administrasiyasının rəhbərinin müavini Petr Panteleyev, mənzil-kommunal infrastrukturu Departamentinin direktoru Dmitri Naumenko və onun müavini Aleksandr Malıxin Bakıda ezamiyyətdə olacaqlar. Onlar Bakı şəhər İcra Hakimiyyətində danışıqlar aparacaqlar.

Kiyevdən 20 məmur Hacıbala Abutalıbovdan öyrənməyə gəlir


Kiyevdə və Ukraynanın digər şəhərlərində küçələrdən zibillərin vaxtlı-vaxtında yığılmaması, çoxmənzilli binalarda təmizliyə, liftlərin işinə və digər infrastruktura görə tez-tez problemlərin yaranması sakinlərdə narazılıq doğurur. Əvvəllər fəallar işlərini yarıtmaz görən şəhər məmurlarını tutub zibil qutularına belə tullamışdılar.

Məsələ burasındadır ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovu yerli mətbuatda şəhər təsərrüfatındakı problemlərə görə tez-tez tənqid edirlər. Lakin göründüyü kimi Kiyevdə vəziyyət daha bərbaddır və orada Abutalıbovun təcrübəsini öyrənməyə ehtiyac hiss ediblər.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *