Ərəb turistin Bakıdakı otel macərasının təfərrüatı - Qadın pul üstündə ona yumruq vurub » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Ərəb turistin Bakıdakı otel macərasının təfərrüatı - Qadın pul üstündə ona yumruq vurub

Ərəb turistin Bakıdakı otel macərasının təfərrüatı - Qadın pul üstündə ona yumruq vurub


Ərəb turistin Bakıdakı otel macərasının təfərrüatı - Qadın pul üstündə ona yumruq vurub
Bakıda hoteldə yüngül həyat tərzi keçirən qadınla dalaşan bəhreynli turist inzibati qaydada məsuliyyətə cəlb ediləcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Nəsimi rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.

Qeyd edək ki, 1986-cı il təvəllüdlü (etik səbəblərdən zərərçəkənin adını yazmırıq) Bakı sakini, 25 yaşlı Bəhreyn vətəndaşındən şikayət edib. Onun şikayətinə görə, Bəhreyn vətəndaşı Mohamed Haqmed Alqasser Nəsimi rayonunda yerləşən "Boutique" hotelində onu döyüb.

Gənc qadın qeyd edib ki, turist onunla yaxşı vaxt keçirmək üçün öz nömrəsinə dəvət edib. Lakin orada onlar arasında münaqişə baş verib, nəticədə kişi qadını döyüb.

Bununla yanaşı, araşdırma zamanı məlum olub ki, ərəb təkcə öz qonağını döyməyib, həm də onun tərəfindən döyülüb. Qadın heç də asan loxma olmayıb və turistin zərbələrini qarşılıqlı zərbələrlə kompensasiya edərək onun gözünün altını göyərdib.

İlkin araşdırmaya görə, münaqişənin səbəbi xidmətə görə ödənilən vəsaitin qadını qane etməməsi olub. Məhkəmə kimin haqlı, kimin haqsız olduğunu araşdıracaq. Amma hələlik Nəsimi rayon polisinin 22-ci bölməsində faktla bağlı araşdırma aparılır.

Mənbə: Azxeber.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *