Apteklərlə bağlı yeni tələblər müəyyənləşdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Səhiyyə, Video

Apteklərlə bağlı yeni tələblər müəyyənləşdi – VİDEO

Apteklərlə bağlı yeni tələblər müəyyənləşdi


Xəstələrin apteklərə qaytardığı dərmanlar məhv edilməlidir.

Bu tələb Səhiyyə Nazirliyinin təsdiq etdiyi "Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər"də öz əksini tapıb. Bu tələblər Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə əsasən hazırlanıb.

Yeni qaydalara əsasən xəstələr tərəfindən apteklərə qaytarılan dərman vasitələri anbarlara təhvil verilərkən digər məhsullarla qarışdırılmamalı və məhv edilməlidir. Həmçinin apteklər tərəfindən ehtiyatda olan hər hansı məhsul sonradan anbarlara qaytarılan zaman fərqləndirilməli və bu barədə qeydlər aparılmalıdır. Bundan sonra həmin məhsullar bir müddət karantində saxlanılmalı və yalnız təyin olunmuş cavabdeh şəxsin məhsulun keyfiyyəti barədə müsbət qiymətləndirməsindən sonra satış üçün nəzərdə tutulan məhsullarla eyni sahəyə yerləşdirilməlidir.

Geri çağırılmış məhsullar da daxil olmaqla, qaytarılmış məhsullar təsdiq edilmiş prosedurlara əsasən idarə edilməli və aparılmış qeydlər qorunub saxlanmalıdır.

Xüsusi saxlanma şəraitləri tələb edən dərman vasitələrinə dair müvafiq saxlanma təlimatları olmalıdır

Bundan başqa, yeni tələblərdə apteklərə əlavə səlahiyyətlər də verilib. Apteklər artıq diaqnostik test üsullarından, yəni qanda şəkərin miqdarı, bədən hərarətinin, arterial təzyiqin, boyun və çəkinin ölçülməsi işləri ilə də məşğul ola bilər. Xəstələrin diaqnostik test üsulu ilə müayinəsi xüsusi öyrədilmiş şəxsi heyət tərəfindən həyata keçirilməlidir.

Həmçinin aptek ayrıca binada və yə yaxud hər hansı binanın qeyri-yaşayış sahəsində, zirzəmi və yarımzirzəmi istisna olmaqla yerləşdirilə bilər. Aptek özəl müalicə-profilaktika müəssisəsində və ya digər təyinatlı bina strukturunda yerləşdikdə onun ayrıca giriş qapısı olmalıdır.

Dərman vasitələrinin daşınmasına və saxlanmasına dair tələblər bu işləri həyata keçirən həyata keçirən əczaçılıq müəssisələrinə şamil edilir.


Mənbə: Xezerxeber.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *