Dopinqdən istifadəyə görə cəza sərtləşdirilir
Azərbaycanda idmanda dopinq vasitələrinin istifadəsinə qarşı cəza sərtləşdiriləcək.
Bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında komitə sədri Fuad Muradov deyib.
O bildirib ki, bununla bağlı “İdmanda dopinq vasitələrinin və ya metodlarının istifadəsinə qarşı mübarizə haqqında” qanuna əlavələr edilməlidir: “Ümumi təkliflər paketi var. Bura İnzibati və Cinayət məcəllələrinə dəyişiklik də daxildir. Bu məsələ Gənclər və idman komitəsinin yaz sessiyasının qanunverici işlər planına daxil edilib".
Mənbə:> Report