Evdən qaçan Yeganənin atası: Əmim oğlu ilə görüşmək istədiyini dedi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Evdən qaçan Yeganənin atası: Əmim oğlu ilə görüşmək istədiyini dedi

Evdən qaçan Yeganənin atası: Əmim oğlu ilə görüşmək istədiyini dedi


Dünən "Bizimləsən" verilişində Masallı rayonunun Böyük Təklə kəndində iki azyaşlı uşağını ataraq ata evindən qaçan 25 yaşlı Yeganə Məmmədova barədə yeni məlumat əldə edilib.

Milli.Az xəbər verir ki, aparıcı Zaur Baxşəliyev Yeganənin atası Firqəti studiaya dəvət edib.

Zaur "Yeganə bu gün gizli nömrədən atasına zəng edib. Nə dedi sizə?" sualı ilə kişiyə müraciət edib.

Qaçan gəlinin atasının canlı yayımda verdiyi açıqlamalar studiyadakıları təəccübləndirib:

"Dedi ki, mənim əmim oğlu Elməddinlə görüşmək istəyir. Elməddinin hardasa 30-dan yuxarı yaşı olar. Mən Elməddinə zəng edənə kimi Yeganə "otboy" verdi. Mənə də müəmmalı qaldı. Bilmirəm Elməddinlə niyə görüşmək istəyir. Yeganə "Hamıdan incimişəm, küsmüşəm" dedi. Səbəbini bilsəm, heç efirə çıxmaram. Qızımı 16 yaşında ərə verməkdə günahkaram. Amma bu vaxta qədər çalışmışam bütün əzablarına qatlaşım ki, o, çətinlik çəkdiyini hiss etməsin".

Qeyd edək ki, Yeganə Məmmədova 2010-cu ildə Təklə kənd sakini Mehdi Məmmədov ilə ailə həyatı qurub. Lakin onların evliliyi uğurlu olmayıb və 2013-cü ildə ayrılıblar.

Mənbə: Milli.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *