Nüfuzlu azərbaycanlı məmurun keçmiş qaynı BMT-dən kömək istəyir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Nüfuzlu azərbaycanlı məmurun keçmiş qaynı BMT-dən kömək istəyir

Nüfuzlu azərbaycanlı məmurun keçmiş qaynı BMT-dən kömək istəyir

Rusiyanın Yaroslavl şəhərinin Kirov rayon məhkəməsi bu gün Azərbaycan vətəndaşının şəhərdən ekstradisiyası barədə işə baxacaq. Məsələ sadə deyil. Onun taleyi ilə indi BMT-nin Qaçqınların işi üzrə Ali Komissarının Rusiya Federasiyasındakı İdarəsinin nümayəndəliyi məşğul olur.

Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, Fərid adlı şəxs doğma bacısına münasibətdə məişət zorakılığına görə izlənildiyi üçün Azərbaycandan qaçıb gizlənməyə məcbur olub. O, bacısına ərinin – Bakıdakı nüfuzlu məmurun əlindən Misirə qaçıb canını qurtarmağa kömək edib. Elə o vaxt da BMT-yə müraciət ünvanlayıb və mandatlı qaçqın statusu alıb.

Elə həmin statusla da Rusiyaya gəlib. Burada Fərid öz gələcək həyat yoldaşı – Yaroslavlda yaşayan RF vətəndaşı ilə tanış olub. Hazırda ailədə iki uşaq böyüyür.

Bacısının əri isə bütün bu vaxt boyunca arvadını, uşaqlarını və Fəridin özünü Azərbaycana qaytarmaq cəhdlərindən əl çəkməyib. Fərid barəsində axtarış da elan edilib: o, Azərbaycandan kənarda ola-ola fiziki olaraq törədə bilməyəcəyi cinayətlərin törədilməsində ittiham edilib və axtarışa verilib.

Fərid Moskvada saxlanılıb və ekstradisiya yoxlaması keçirilən dövr üçün istintaq təcridxanasına yerləşdirilib. RF Baş Prokurorluğu onun Azərbaycana verilməsi barədə qərar çıxarıb. Bu qərardan məhkəmə qaydasında şikayət verilib. Təcridxanada saxlamağın mümkün olduğu son müddət bitdikdən sonra Fərid azad edilib, lakin müəyyən müddətdən sonra RF Ali Məhkəməsi şikayətçinin Azərbaycana təhvil verilməsi ilə bağlı yekun qərar verib.

Nüfuzlu azərbaycanlı məmurun keçmiş qaynı BMT-dən kömək istəyir


Hüquqşünaslar BMT-nin İnsan Haqları Komitəsinə şikayət yolladığından təminat xarakterli tədbirlər görülüb. Komitə Rusiya hökumətinə tövsiyə edib ki, onun Azərbaycana ekstradisiyasından çəkinsinlər. Bundan əlavə, İnterpol Fəridin axtarışlarını dayandırıb və onu bu barədə yazılı xəbərdar edib.

Budur, qaçqının həyatında yeni səhifə. İki gün əvvəl o, Yaroslavl polisi tərəfindən saxlanılıb. İti qara saqqalı olan şərq görkəmli kişi qanun keşikçilərinin diqqətini cəlb edib. Məlum olub ki, o, dərman almaq üçün aptekə gedirmiş. Əczaçılıq məhsulunun alıcısının qeydiyyatı olmayıb.

Hazırda Fərid Yaroslavl polisinin şöbələrindən birində saxlanılır. Onun barəsində əcnəbi vətəndaşların RF ərazisində qalma rejiminin pozulması haqqında inzibati material tərtib edilib.

BMT-nin Qaçqınların işi üzrə Ali Komissarının Rusiya Federasiyasındakı İdarəsində hesab edirlər ki, Fəridin ailəsi təhlükə qarşısındadır. Onu ekstradisiya etsələr, nüfuzlu bədxahlarının əlinə keçəcək, rusiyalı arvadı və uşaqları isə onsuz qalacaqlar. Ekstradisiya barədə qərar qəbul edilərsə, o, ən azı 5 il müddətində Rusiyaya qayıda bilməyəcək, ümumiyyətlə, əgər izləyicilərinin əlinə düşəndən sonra o vaxta qədər sağ qalarsa.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *