Pensiyaçılara şad xəbər - Bu gün axşamdan... » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Pensiyaçılara şad xəbər - Bu gün axşamdan...

Pensiyaçılara şad xəbər - Bu gün axşamdan...


"Artıq bu gündən respublikamızda yanvar ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsinə başlanıb. Axşam saatlarında və ya sabah səhər saatlarında vəsait hesablara oturacaq və Bakı şəhəri üzrə pensiyaçılar pensiyalarını ala biləcəklər".

Bu barədə özəl olaraq Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.

O bildirib ki, yanvar ayının ilk günləri bayram günlərinə təsadüf etdiyindən pensiyaların Bakı şəhəri üzrə hesablara köçürülməsi bir neçə gün sonraya, yəni ayın 16-na təsadüf edib. Sonrakı mərhələdə maliyyələşdirmə, ötən aylarda olduğu kimi, qrafikə uyğun şəkildə, yəni rayon və şəhərlər üzrə mərhələli şəkildə aparılacaq.

E.Babayev qeyd edib: "Belə ki, məcburi köçkün rayonları, respublika tabeli şəhərlər, digər rayonlar, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə pensiyaların maliyyələşdirilməsi həyata keçiriləcək və ümumilikdə ay ərzində pensiyaların ödənişi tam başa şatdırılacaqdır".​

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *