Yalnız Bakıda: Avtobus üçün zolağı ödənişli dayanacağa çevirdilər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Yalnız Bakıda: Avtobus üçün zolağı ödənişli dayanacağa çevirdilər

Yalnız Bakıda: Avtobus üçün zolağı ödənişli dayanacağa çevirdilər

Bakının mərkəzində, Füzuli küçəsində ictimai nəqliyyat üçün xüsusi zolağı ödənişli avtomobil dayanacağına çeviriblər.

Xüsusi zolaqda təşkil edilən dayanacaqda duran avtomobillər isə avtobusların hərəkətinə mane olaraq, tıxaca səbəb olurlar.

Qeyd edək ki, Füzuli küçəsində avtobusların hərəkəti üçün ayrılan zolaqda təşkil edilən ödənişli dayanacağın yaxınlığında, yəni Qış parkı adlanan ərazidə iri tutumlu avtomobil dayanacağı mövcuddur.

Yol nəqliyyatı üzrə ekspert Ərşad Hüseynov paytaxtın mərkəzində ictimai nəqliyyat üçün xüsusi zolağın ödənişli avtomobil dayanacağına çerilməsini Bakı şəhərində yol hərəkəti sahəsində biabırçılıq adlandırıb.

“Ödənişli dayanacaq nişanını ora kim qoyubsa, özbaşına qoyub. Qanun çərçivəsində belə şeyə heç bir halda yol verilə bilməz. Ümumi nəqliyyat vasitəsi üçün ayrılmış xüsusi hərəkət zolağına, yəni avtobus zolağına ödənişli duracaq nişanı qoyduğu üçün həmin qurumun rəhbəri İnzibati Xətalar Məcəlləsinin 350.2 maddəsinə (Müvafiq icazə olmadan yol hərəkətini nizamlayan texniki vasitələrin, işıqforların və yol nişanlarının quraşdırılmasına görə fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir) uyğun olaraq fiziki şəxs 30 manatdan 50 manata qədər cərimə olunmalıdır, onu edən konkret vəzifəli şəxs isə 150 manatdan 200 manata qədər cərimələnməlidir”.

Ekspertin sözlərinə görə, yüksək ehtimalla, həmin ödənişli dayanacağı Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi qoyub: “O nişan dərhal həmin ərazidən götürülməlidir. Həmin ödənişli dayanacaq ləğv olunmalıdır. Bu, özbaşınalıqdır”.

Ə. Hüseynovun sözlərinə görə, yol hərəkəti təhlükəsizliyi komissiyasının qərarı olmadan Azərbaycanda heç yerə yol nişanı qoyula bilməz: “Həmin komissiya keçən il qərar qəbul edib ki, Füzuli küçəsində avtobuslar üçün xüsusi zolaq ayrılsın, o zolaq da ayrılıb. İndi o qərardan sonra komissiya orada elə bir nişan qəbul edə bilər?”
Yalnız Bakıda: Avtobus üçün zolağı ödənişli dayanacağa çevirdilər

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *