Seçkilərdə qələbə qazansa, məscidləri yandıracaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Seçkilərdə qələbə qazansa, məscidləri yandıracaq – GÖRÜNMƏMİŞ VƏD

Seçkilərdə qələbə qazansa, məscidləri yandıracaq


Son illər Avropada keçirilən seçkilər ərəfəsində irqçilik, ksenofobiya və islamofobiyanın artması müşahidə olunur. Bu meyllər Niderlandda daha qabarıq şəkildə özünü göstərir.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, Niderlandın İfrat sağçı, irqçi və şovinist Azadlıq Partiyası ənənəsinə sadiq qalaraq martın 21-də keçiriləcək seçkilərə islam əleyhinə vədlərlə gedir.

Gert Vildersin lideri olduğu Partiyanın Utrext şəhərinin bələdiyyə məclisinin üzvlüyünə namizədi Haenk van Deun seçki vədi olaraq məscidlərin yandırılaraq dağıdılmasını elan edib. O, ölkədəki bütün məscidlər kimi Utrextdəki Ulu Məscidinin də yandırılıb dağıdılmasına çağırış edib.

Lakin seçki vədinin sosial şəbəkələrdə kəskin etirazla qarşılanması Azadlıq Partiyasını geri addım atmağa məcbur edib. Deun sözlərinin səhv başa düşüldüyünü deyib və “yandırılaraq dağıdılması”nı deyil, bağlanılmasını istədiyini bildirib.

Qeyd edək ki, son illərdə Avropa ölkələrində məscidlərə hücumlar adi hal alıb. 2015-2016-cı ildə Avropada 356 məscidə hücum olub. Bir çox məscid yandırılıb, bəzilərinin qapılarına donuz başı qoyulub, bəzilərinin divarına xaç şəkli çəkilib.

Mənbə: Publika.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *