SOS: » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

SOS: Oksigen azalır, milyonlarla insan öləcək

SOS:

Elm adamları 1950-cı ildən bəri okeanların sahil bölgələrində aşağı oksigenli sahələrin 10 qat, sıfır oksigenli sahələrin isə 4 qat artdığını açıqlayıb.
Açıqlamada 1950-ci ildən bu yana okeaların 77 milyard ton oksigen itirdiyinə diqqət çəkilib.

Oksigen çatışmazlığı səbəbindən həmin bölgələrdə artıq dəniz canlıları da yaşamır. Getdikcə ərazisi böyüyən oksigensiz bölgələr dəniz məhsulları ilə qidalanan yüz milyonlarla insanı ac qoya bilər.

İstilənən sularda oksigen faizinin aşağı düşməsi, yerdən çıxarılan yanacaqlardan qaynaqlanan iqlim dəyişikliyi oksigensizliyin ən böyük səbəbi kimi göstərilir. Sahillərin ölü bölgələrə çevrilməsi isə dəniz sularına qarışan kimyəvi maddələr və kanalizasiya suları səbəbilə baş verir.

"Science" dərgisinin okeanlar və ölü bölgələrlə bağlı araşdırmasına görə, dünya tarixindəki ən böyük nəsil tükənmə hadisələri qlobal istiləşmə və oksigen çatışmazlığı səbəbindən baş verib.

Okeanlar, xüsusilə, yoxsul ölkələrdə 500 milyondan çox insan üçün qida mənbəyi, 350 milyon çox insan üçünsə iş yeridir.

Mənbə: Publika.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *