Bakıda tələbələrin hiyləsi hər kəsi təəccübləndirdi – FOTO
Bakı Slavyan Universitetində imtahan zamanı maraqlı hadisə baş verib.
Oxu.Az xəbər verir ki, tələbələrdən ikisi hiyləyə əl ataraq üstlərində imtahana düşəcək sualların ana xətti olan qələmdən istifadə edib.
Bu bərədə vəkil Aqil Layıc sosial şəbəkədə məlumat paylaşıb.
“Bu gün (dekabrın 5-də - red.) universitetin filologiya və xarici dil müəllimliyi fakültəsinin tələbələri (rus bölməsi) Nizami Gəncəvinin yaradıcılığı mövzusunda imtahan verib. Tələbələrin hər biri eyni qələmdən istifadə edib. Bu məsələ nəzarətçilərin diqqətini cəlb edib. Qələmləri yoxlayarkən bəlli olub ki, hər birinin üstlərində imtahana düşəcək sualların əsas ana xətləri qeyd olunub.
Nəticədə təxminən 40-50 qələm müsadirə edilərək götürülüb”.
Mənbə:> Oxu.Az