Alpinistləri dağa aparan sürücü: Qərarımı son anda dəyişdim » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Foto

Alpinistləri dağa aparan sürücü: Qərarımı son anda dəyişdim – FOTO

Alpinistləri dağa aparan sürücü: Qərarımı son anda dəyişdim


Quba rayonunda itkin düşən hər üç alpinistin qanunvericiliklə nəzərdə tutulmuş fərdi anket vərəqələri, şəxsi sənədləri özlərində olub.

Bu barədə Oxu.Az-a eksklüziv açıqlamasında idmançıları Quba rayonundan Tufandağ istiqamətinə “QAZ 66” yük maşınında aparan sürücü, Xınalıq kənd sakini Rasim Aslanov deyib.

“Məndən xahiş etdilər ki, onları Şahyaylaq ərazisinə aparım. Onları aparmaq istəmirdim, lakin sonda qərarımı dəyişdim. Xınalıq kəndindən Şahyaylağa
təxminən 15-16 km yoldur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şahdağ qoruğu ərazisində yerləşir. Kənddən Şahyaylağa getmək üçün ETSN və DSX postunu keçib, onları həmin yerdə düşürdüm. Mən qanunvericilik çərçivəsində hərəkət etmişəm, onlar da əraziyə yollananda lazımi bütün sənədlər özlərində olub”, - deyə sürücü bildirib

Xatırladaq ki, ötən il dekabrın 23-də “Gilavar” Hava və Ekstrim İdman Klubunun üç üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyadzadə Quba rayonundan Tufandağ istiqamətinə hərəkət edərkən onlarla əlaqə kəsilib.

Onların axtarışları artıq 10 gündən çoxdur ki, davam edir.


Alpinistləri dağa aparan sürücü: Qərarımı son anda dəyişdim
Alpinistləri dağa aparan sürücü: Qərarımı son anda dəyişdim
Alpinistləri dağa aparan sürücü: Qərarımı son anda dəyişdim
Alpinistləri dağa aparan sürücü: Qərarımı son anda dəyişdim

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *